Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2023 13:58
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda “Clarivate Analytics” elmimetrik bazasından istifadə imkanlarının araşdırılması üzrə təlim keçirilib

Dendrologiya İnstitutunda “Clarivate Analytics” elmimetrik bazasından istifadə imkanlarının araşdırılması üzrə təlim keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri, b.ü.f.d. Ramazan Məmmədov tərəfindən “Clarivate Analytics” elmimetrik bazasından istifadə imkanlarının araşdırılması üzrə təlim keçirilib.

Təlimin əsas məqsədi “Yüksək nüfuzlu elmi jurnalların tələbləri və ingilisdilli elmi məqalələrin yazılış qaydaları” mövzusunda olub.

Təlimçi Ramazan Məmmədov təbiət və texniki elmlər sahəsində nüfuzlu elmi jurnalların seçilməsi yollarını əyani göstərərək məqalələrin ingilis dilində yazılmasına və xarici jurnalların tələblərinə uyğun tərtib olunmasına dair tövsiyələrini verib.

Tədbirdə iştirak edən institutun elmi heyəti, o cümlədən laboratoriya, şöbə müdirləri, elmi rəhbərlər, magistrantlar və doktorantlar ilə WoS, JCR, EndNote (Match), Master Journal List məlumat-axtarış sistemlərindən istifadə qaydalarına dair və digər praktiki məsələlər ətrafında müzakirələr aparılıb.

Təlim “Web of Science” platformasında effektiv axtarış aparmağın yolları, elmi məqalələri təqdim etmək üçün jurnalların seçilməsi, “Yırtıcı jurnal”larla bağlı problemlər, müəlliflərin “Publons”da ResearcherID profili, H indeks və elmi məhsuldarlıqla bağlı digər müəllif identifaktorları haqqında mövzuları əhatə edib.

Məqalələrin adı, annotasiyası, açar sözləri, İMRAD: İntro, Methods, Results&Discusion, müşayiət məktubu (cover letter) və s. bilgilər interaktiv nümayiş olunub. Məqalələrin tərtibində yer alan ədəbiyyatların siyahı halında yazılması qaydaları haqqında geniş məlumat verilib.

Təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: