Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2025 18:25
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Mayın 8-də AMEA-nın Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Əbədiləşən ömrün dastanı” adlı tədbir keçirilib.

İnstitutun YAP Ərazi Partiya Təşkilatının dəstəyi ilə reallaşan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Folklor studiyasının hazırladığı “Əbədiləşən ömrün dastanı” adlı videoçarx nümayiş olunub.

Tədbiri girişi sözü ilə açan Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı olmaqla onun hərtərəfli inkişafı və çiçəklənməsinə böyük töhfələr vermişdir. İstər sovet dövründə, istərsə də müstəqillik mərhələsində məhz Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində milli-mənəvi dəyərlərimiz, dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin azərbaycançılıq siyasətinin dayaqları məhz milli-mənəvi dəyərlər, onların qorunması və dövlətçiliyin təməllərinə çevrilməsi ideyası üzərində bərqərar olmuşdur.

“Biz böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, məhz Ulu Öndərin təşəbbüsü və ideya rəhbərliyi sayəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunduğu və öyrənildiyi bir elmi mərkəz – Folklor İnstitutu yaranmışdır. Türk dünyasının ana abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi, dastanlarımızın yenidən, müstəqillik düşüncəsi və kimliyi rakursundan araşdırılması, nəticə etibarı ilə, folklorumuzu, xalq yaddaşı və dəyərlərini öyrənən bir qurumun meydana gəlməsinə rəvac verdi. Bu, məhz Ulu Öndərin ideyası və həyata keçirdiyi siyasətin nəticəsi idi.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Ulu Öndərin ideyalarının ən yüksək səviyyədə gerçəkləşməsi ilə müşayiət olunur. Şübhəsiz ki, Ulu Öndərin, onun ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın ruhları şaddır. Onların ocağında azərbaycançılıq ruhunda yetişən cənab Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Bu gün hər bir azərbaycanlı öz dövləti, öz milləti, öz lideri ilə fəxr edir. Qüdrətli və qürurlu Azərbaycan məhz möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi və öndərliyi ilə uğurla inkişaf edir”, - deyə Hikmət Quliyev vurğulayıb.

Sonra institutun Mərasim folkloru şöbəsinin müdiri fil.e.d., dos. Ağaverdi Xəlil “Heydər Əliyev və  Azərbaycan  folklorşünaslığının inkişafı” mövzusunda məruzə edib. Bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycanın dövlət siyasətinin strategiyasını təşkil edən mədəni quruculuq istiqaməti cəmiyyətin modernləşməsi prosesində milli köklərə bağlılıq və milli özünəməxsusluğun qorunması kimi aktual məsələləri özündə ehtiva edir. Bu inkişaf istiqaməti tarixi təcrübənin mütərəqqi ənənələrinin cəmiyyətin ortaq milli-mənəvi və mədəni dəyərlərinə qayıdışını təmin etməklə xalqın öz köklərinə bağlılığı üzərində tərəqqisini nəzərdə tutur. 

Alim vurğulayıb ki, Heydər Əliyevin siyasi konsepsiyası Azərbaycan mənəvi mədəniyyətində xüsusi yeri və çəkisi olan dəyərlərin qorunması, təbliği və onları yaşadaraq gələcək nəsillərə itkisiz və zədəsiz çatdırılması ilə yanaşı, onun sosial-mədəni, folklor-etnoqrafik, kulturoloji və s. aspektlərdə daha geniş öyrənilməsinə əsaslanır.

Heydər Əliyevin Azərbaycan ənənəvi mədəniyyəti və xalq yaradıcılığı sahəsindəki quruculuq fəaliyyətlərinin öyrənilməsi aktual bir məsələdir. Ulu Öndər Azər­bay­can xalq ya­ra­dı­cı­lı­ğı­nın, folk­lor nü­­mu­­nəl­­ə­­ri­nin  toplanıl­ma­sı, öy­rə­nil­mə­si, nəş­ri, ta­nı­dıl­ma­sı, qo­run­ma­sı, təb­­li­ği, ak­tiv­ləş­di­ril­mə­si və po­pul­yar­laş­dı­rıl­ma­sı sahə­sin­də əvəz­siz xid­mət­lər gös­tər­miş­dir. Onun mə­ra­sim mə­də­niy­yə­ti­miz­lə, folkloru­muz­la bağ­lı xid­mət­lə­ri­ni si­ya­si,  ic­ti­mai, el­mi və  hü­qu­qi as­pekt­lər­də təs­nif edə­rək öy­rən­mək olar.

“Ümummilli Lider 2003-cü il­də Azər­bay­can folk­lo­ru ilə bağ­lı iki böyük tarixi-mədə­ni ha­di­sə­ni öz mü­ba­rək im­za­sı ilə mə­də­niy­yət qu­ru­cu­lu­ğu­mu­zun ye­ni ta­ri­xi­nə da­xil et­miş­dir. Bun­lar­dan bi­ri 2003-cü ilin fev­ral ayın­da AMEA Folklor İnstitutunun ya­ra­dıl­ma­sı, di­gə­ri isə hə­min ilin may ayın­da təs­diq­lən­miş “Folk­lo­run hü­qu­qi qo­run­ma­sı haq­qın­da qa­nun”dur. Folk­lo­run öy­rə­nil­mə­si­nin təş­viq edil­mə­si, folk­lo­ru öy­rə­nən qu­rum­la­rın yaradılma­sı, “Ki­ta­bi-Də­də Qor­qud­”la bağ­lı fəaliyyətlər, aşıq ya­ra­dı­cı­lı­ğı­nın təb­li­ği, mə­ra­sim folk­lo­ru­nun təb­li­ği, folk­lor nümunə­ləri­nin hü­qu­qi qo­run­ma­sı və s. kimi məsələlər Heydər Əliyevin həmişə diqqətində olmuşdur”, ­– deyə A.Xəlil çıxışını yekunlaşdırıb.

Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. İlhamə Qəsəbovanın “Heydər Əliyevin aşıq sənətinə qayğısı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı, tarixi rolu hiss olunmasın. Unudulmaz dahi şəxsiyyət hakimiyyətdə ol­duğu bütün dövrlərdə milli-mənə­vi dəyərlərimizin qorunması üçün yorulmadan çalışıb. Ölkəmi­zin tarixinin, mədəniyyətinin dünya­da təbliğ edilməsinin nəticəsi olaraq indi bir çox milli-mədəni sərvət nü­munəmiz UNESCO-nun Qeyri-mad­di mədəni irs siyahısına daxil edilib. Bəşəriyyətin mənəvi xəzinəsində yer alan bu incilər sırasında min illərdən bəri xalqımızın yaratdığı, qoruyub in­kişaf etdirdiyi folklor, aşıq sənəti nü­munələri də var. Ümummilli Liderin həm sovet Azərbaycanına rəhbərliyi dövründə, həm də müstəqillik dönəmində aşıq sənətinə, folklorumuza diqqət və qayğısı danılmazdır. Həmin dövrdə ərsəyə gətirilən “Ozan” televiz­iya və “Bulaq”, “Sarıtel”  radio verilişləri xalqımı­zın böyük marağına səbəb olmuşdu.

Məruzəçi bildirib ki, Aşıq Ələsgərin 150, Aşıq Alının 180, Aşıq Şəmşirin 110 illik yubiley­lərinin təşkili Ulu Öndərin təşəbbüsü və tapşırığı ilə reallaşmışdı. 1972-ci ildə Heydər Əliyevin böyük si­yasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə ke­çirildi. Yubiley tədbirlərinin keçmiş itti­faq miqyasındakı böyük əks-sədası o vaxt hətta Ermənistanı da Aşıq Ələs­gərin 150 illiyini qeyd etmək məcbu­riyyətində qoydu. Belə ki, Ermənistan SSR ərazisində olan Göyçə mahalında Aşıq Ələsgərin vətəni Ağkilsə kəndin­də böyük sənətkarın əzəmətli qəbirüs­tü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyevin nüfuzu sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi.

Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova “Heydər Əliyev və Zərifə Əliyeva irsinin gənclər siyasətində rolu” mövzusunda təqdim etdiyi məruzəsində hər iki şəxsiyyətin Azərbaycan dövlətçiliyinin, elminin və mənəviyyatının inkişafında əvəzsiz rolundan bəhs edib. Məruzə zamanı o, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasında və gənclərin dövlət siyasətinə cəlb olunmasında tarixi xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Ümummilli Liderin təməlini qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, dövlət gənclərin inkişafı üçün geniş imkanlar yaradır.

Akademik Zərifə xanım Əliyevanın elmə və mənəviyyata sadiq, etik dəyərlərə əsaslanan alim obrazı bu gün gənc tədqiqatçılar üçün örnək təşkil edir. Məruzədə akademik Zərifə xanım Əliyevanın irsinin folklor və mədəni kimlik aspektindən də tədqiq olunmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə, eyni zamanda AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Afaq Ramazanova, şöbə müdiri professor Leyla Məmmədova, yazıçı-publisist Mahir Cavadov, aparıcı elmi işçi, dosent Əpoş Vəliyev, Gənc Alim və Mütəxəssislər şurasının sədri Səadət İbrahimova, elmi işçi Vüsalə Kərimova Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, mədəniyyət siyasəti sahəsindəki fəaliyyətinə və akademik Zərifə xanım Əliyevanın mərhəmət və şəfqətlə yoğrulan elmi irsinə nəzər yetiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: