Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2023 14:12
  • A-
  • A
  • A+

“Güney Azərbaycan və Türk dünyası” mövzusunda panel təşkil edilib

“Güney Azərbaycan və Türk dünyası” mövzusunda panel təşkil edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Güney Azərbaycan və Türk dünyası” mövzusunda panel təşkil edib.

Panelin moderatoru Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad Güney Azərbaycan ədəbiyyatı haqqında məlumat verərək qonaqları təqdim edib. Qeyd edib ki, Prezident İlham Əliyevin Səmərqənd görüşündəki cəsarətli, tarixi çıxışından sonra Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində yeni dövr başlayıb. Cənubi Azərbaycandan olan şairlər çıxış edərək Qarabağ zəfərindən sonra bütöv Azərbaycan arzularının da gerçəkləşəcəyinə inandıqlarını ifadə ediblər.

Şair Məsud Haray çıxışında İranda yaşayan azərbaycanlıların problemlərindən də bəhs edərək, mövcud bütün maneələrə baxmayaraq ədəbiyyat insanlarının inadla mübarizə apardıqlarını vurğulayıb. İsveçdə mühacir həyatı yaşamağa məhkum edilən tərcüməçi və publisist Abdulla Əmir Haşimi Cavanşir Güney Azərbaycanda yaranan ədəbiyyatın əsas mövzularından birinin mücadilə və milli kimlik olduğunu diqqətə çatdırıb. Tədqiqatçı alim Məhəmməd Rəhmanifər İranda Azərbaycan türkü olan şairlərin kitab çıxarmağının problemləri məsələsinə də toxunub. Şairlər eyni zamanda milli ruhlu şeirlər də səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: