AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri b.ü.f.d., dosent Qüdürət Bəkirov Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin İpək Assosiasiyasının (Black, Caspian Seas and Central Asia Silk Association - BACSA) Azərbaycan üzrə yeni Milli Koordinatoru və BACSA İcraiyyə Komitəsinin üzvü seçilib.
O, ipəkçiliyin inkişafı və BACSA çərçivəsində beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmək məqsədilə quruma üzv seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.