Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.
Sonra b.e.d., dosent Elşad Əhmədov institutun I yarımillik hesabatı haqqında məlumat verib. Növbəti məsələ elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva tərəfindən təqdim edilib və Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Lalə Rəhimlinin müəllifliyi ilə “Abşeronun ksilofaq böcəkləri və onların entomofaqları” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında məlumat verib.
Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.