Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2024 22:11
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şuşa şəhərinin tarixi və mədəniyyəti qədim əlyazmalarda və əski çap kitablarında” mövzusunda tədbir keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Alim çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açıb, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini vurğulayıb.

Tədbir çərçivəsində institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d. Raqub Kərimlinin “Fəth olunmaz qalanın fəthi”, həmin şöbənin əməkdaşları – aparıcı elmi işçi fil.ü.f.d. Tünzalə Seyfullayevanın “Azad Şuşa obrazı – vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, böyük elmi işçi Xoşqədəm Mirzəyevanın “Laçın haqqında xatirələrim”, böyük laborant Nərmin Cəlilovanın “Qərbi Azərbaycan və Qarabağın tarixi abidələri”, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirovun “Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan – 8 Noyabr Zəfər Günü”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçiləri – fil.ü.f.d. Şəhla Xəlillinin “İnstitutumuzda Şuşa şəhəri haqqında mühafizə olunan əlyazmalar” və Aysel Acalovanın “Mirzə Xosrov Şaiq Axundzadənin “XIX əsrdə Şuşada yaşayıb yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər” adlı kitabı haqqında” mövzularında məruzələri dinlənilib, mövzuya uyğun slayd və videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun kitabxanasının 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladığı, Vətən müharibəsində xalqımızın möhtəşəm Qələbəsini əks etdirən kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: