Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.06.2023 16:20
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib

Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasda Dilçilik İnstitutunun şöbələrinin yarımillik hesabatı dinlənilib. İnstitutun baş direktoru, professor Nadir Məmmədli yığıncağı açaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və qarşıda duran vəzifələr,  görüləcək işlərdən bəhs edib.

İclasda şöbə müdirlərinin təqdimatında elmi-tədqiqat işlərinin yarımillik vəziyyəti dinlənilib. 

Bildirilib ki, yarım il ərzində institut əməkdaşlarının 10 monoqrafiya, 2 kitab, 150 məqaləsi  (30-u xaricdə ) dərc olunub.  Hesabat yarımilində institutun 12 şöbə, 1 sektor, 1 laboratoriyasında 1 istiqamət, 14 problem, 20 mövzu üzrə 100 iş yerinə yetirilib.

Sonra elmi katib filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib.

Hind-Avropa dilləri və Türk dilləri şöbələri üzrə baş elmi işçi, Tətbiqi dilçilik şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə elan olunmuş müsabiqəyə əsasən səsvermə keçirilib. 

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu da iştirak edib. Alim institutun  yarımillik hesabatını yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: