Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının 23 nəfər və AMEA Rəyasət Heyəti Aparatının 51 nəfər əməkdaşına yanğın təhlükəsizliyi ilə bağlı təlimat keçirilib.
Tədbirdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, eləcə də ehtiyat çıxışlara baxış keçirilib, evakuasiya planı müzakirə edilib.
Mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.