Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” proqramı Ümummilli Lider Heydər Əliyevə həsr olunub
20.06.2023 15:10
  • A-
  • A
  • A+

“Axşam görüşləri” proqramı Ümummilli Lider Heydər Əliyevə həsr olunub

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan veriliş müasir və müstəqil Azərbaycanının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunub.

Proqramda dahi şəxsiyyətin keçdiyi ömür yoluna, onun Azərbaycan xalqı və dövləti naminə qurub-yaratdığı böyük işlərə nəzər salınıb, Xalq rəssamı, tanınmış heykəltəraş Salxab Məmmədov Ulu Öndərlə bağlı müşahidələrini, xatirələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: