Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.05.2024 09:38
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Əlyazmalar İnstitutunda elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun baş mühafizi fil.ü.f.d., dosent Səbinə Əhmədova “Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” mövzusunda mühazirə oxuyub.

Alim mühazirəsində institutda qorunan əlyazmalardan, onların mühafizəsi prosesində görülən işlərdən, pasportlaşdırılması üsullarından bəhs edib. Mühazirədən sonra təlim iştirakçılarına UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil olan sənədli irs nümunələri, institutun fondunda mühafizə olunan nadir dövrü-mətbuat nümunələri, Xurşidbanu Natəvana aid bəzi əl işləri, Xan qızına məxsus qələm, qələmdan, onun kitabxanasına aid miniatür “Quran”, Şah Abbasın, Nadir şahın, Şah Sultan Süleymanın fərmanları, Nizami Gəncəvinin “Xəmsə”sinin institut fondunda qorunan ən qədim əlyazma nüsxəsi və digər nadir materiallar nümayiş etdirilib. Mühazirə iştirakçıların böyük marağına səbəb olub, verilən suallar cavablandırılıb.

Qeyd edək  ki, institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayı boyunca davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: