Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2023 14:34
  • A-
  • A
  • A+

Kimya Elmləri Üzrə Problem şurasının iclası keçirilib

Kimya Elmləri Üzrə Problem şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyiynin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem şurasının 2023-cü ildə növbəti iclası keçirilib.

İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsi məsələlərinın vacibliyi haqqında məlumatlar verib. Bu, doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. O cümlədən, təklif edib ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki, tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən azərbaycan dilinin qrammatikasına da riayət etməyi məsləhət görüb. Sonra şura üzvləri də çıxış edərək, bu məsələyə öz müsbət münasibətlərini bildiriblər.

İclasda 2314.01- Neft kimyası, 2303.01 - Qeyri-üzvi kimya və 2316.01 - Kimyəvi kinetika və kataliz ixtisasları üzrə 6 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən 4 dissertasiya mövzusunun adı redaktə olunaraq, 2 dissertasiya mövzusunun adı isə təqdim edildiyi adla Kimya elmləri üzrə Problem şurasında təsdiq üçün qəbul edilib

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: