İyulun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda baş verən zəlzələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli baş verən zəlzələ və Azərbaycanda hazırki seysmik vəziyyətilə bağlı məlumat verib, jurnalistləri maraqlandıran suallara aydınlıq gətirib.
Həmçinin baş direktor sosial şəbəkələrdə zəlzələ ilə bağlı yayılan əsassız məlumatlara toxunaraq vətəndaşları rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.