Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb
13.07.2023 09:25
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin dünya ədəbiyyatında məhəbbət qəhrəmanlarının ulduzu sayılan Leyliyə həsr olunan növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə bildirilir ki, Leyli şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şeirlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir.

Akademik Rafael Hüseynov qeyd edib ki, Leyli dövrünün qadınlarının iztirablarını, mənəvi işgəncələrini əks etdirir. Məktəbdə zəkalı bir oğlan olan Qeysin qəlbini ovlayan Leylinin özü də onu bütün varlığı ilə sevir və öz xoşbəxtliyini bu məhəbbətdə görür. Lakin qadının əşya kimi alınıb-satıldığı bir zamanda Leylinin xoşbəxt günlərinin ömrü qısa olur.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: