Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.07.2023 11:30
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

Dosent Yusif Şükürlü iştirakçıları AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli yığıncağının Şəki REM-in strukturunda qismən dəyişikliklər barədə qərarı ilə tanış edib. O, Rəyasət Heyətinin bu qərarının AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Şəki REM-ə olan diqqətinin göstəricisi olduğunu bildirib.

Sonra pedaqoji elmləri doktoru, professor Firədun İbrahimov “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki - ipəkçiliyin intibahı” kitabının nəşrə hazırlanmasında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, kitabın nəşrə hazırlanması üçün artıq işçi qrupu müəyyən edilib, bu barədə birlikdə müzakirələr və iş bölgüsü aparılıb.

Professor Firədun İbrahimov bildirib ki, kitabın hazırlanmasında əsas məqsəd gerçək hadisələrin tarixiləşdirilib sonrakı nəsillərə ərmağan edilməsidir.

Elmi şuraya qonaq qismində dəvət olunan və “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki-ipəkçiliyin intibahı” kitabının işçi qrupuna daxil edilən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədov çıxışında kitabın hazırlanmasında arxiv materialları, “Şəki fəhləsi”, “İpəkçi” qəzetlərindən də istifadə edilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Tədbirdə Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin müdiri İ.Yusifova AMEA Rəyasət Heyətinin qərarını səsləndirib və qərarın 3-cü bəndinə əsasən “Qobrova və Şəki yumoru” mövzusunda tədqiqatların aparılması üçün işçi qrupunun yaradıldığını, iş bölgüsünün aparıldığını qeyd edib.

Daha sonra Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov şöbənin böyük elmi işçisi Qafqaz Ağabalayevin aparıcı elmi işçi vəzifəsinə keçirilməsi ilə bağlı təqdimatın mətnini Şura üzvlərinin diqqətinə çatdırıb. 

Sonda gündəlikdəki cari məsələlərin müzakirəsi aparılıb, bir sıra qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: