Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.08.2023 10:52
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun elmi işçisi ekspedisiyada olub

Zoologiya İnstitutunun elmi işçisi ekspedisiyada olub

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi, dissertant Aqil Hacıyev məməli heyvanlarda ekoloji, morfoloji və genetik araşdırmalar aparmaq üçün Azərbaycanın Böyük Qafqaz fiziki-coğrafi vilayətində ekspedisiyada olub.

Ekspedisiya zamanı məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb. Əldə olunan Erinaceus concolor - Ağdöş kirpi, Pipistrellus pipistrellus - Cırtdan şəbpərə,  Lepus europaeus - Adi dovşan, Hystrix indica - Hind tirəndazı, Meriones (Pallasiomys) libycus - Qırmızıquyruq qum siçanı, Allactaga elater - Kiçik ərəbdovşanı, Vulpes vulpes - Adi tülkü növlərinə aid materiallar morfoloji və genetik tədqiqatlar aparmaq məqsədilə laboratoriyaya gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: