Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, MEXT təqaüdçüsü Əfruz Nəsirovanın 2020-2021-ci illərdə Yaponiyanın Hokkaido Universitetində apardığı tədqiqatın nəticələrinə həsr olunmuş “DNT metilasiyasına təsir edən 5-aza-2-deoksisitidin və Zebularinin Arabidopsin mutantlarının genlərinə təsiri” məqaləsi “International Journal of Multidisciplinary Research and Development” jurnalında çap edilib.
Tədqiqat zamanı DNT metilasiyasına cavabdeh olan inhibitorların iştirakı ilə Arabidopsis mutantlarının genlərinə təsiri öyrənilib. Tədqiqat zamanı DNT metilasiyasının təsirini anlamaq üçün Arabidopsis thaliana şitillərinin mutantları ya 5-aza-2'-deoksisitidin (5-Aza-2') və ya effektiv kimyəvi demetilasiya agenti olduğu bilinən Zebularin (Zeb) ilə təsirə məruz qalmışdır. Bu tədqiqat zamanı Arabidopsis thaliana şitillərinin mutantlarına Zebularin və ya 5-Aza-2'-deoksisitidin təsirinin DNT metilizasiyasının fenotip nəticələrindən istifadə edilmişdir. 5-Aza-2' ilə təsirə məruz qalan bitkilərdə nəzarət bitkilərinə nisbətən DNT metilasyonunun yüksəlməsi müşahidə edilmişdir.
Tədqiqat zamanı müəyyən edilib ki, DNT metilasiya inhibitorları - 5-Aza-2' deoksisitidinlə təsir zamanı DNT metiltransferaza aktivliyini inhibə edərək, Arabidopsis thaliana növünün - cmt3-Ex, cmt3-Int, cmt3-St, cmt2/3 mutantlarında güclənmişdir. Tədqiqatın nəticələrinə əsasən müəyyən edilmişdir ki, A. thaliana mutantlarının böyüməsinin ləngiməsi 5-Aza-2' deoksisitidinlə təsir zamanı baş verir. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, cmt3 mutantları [cmt3-Ex, cmt3-Int, cmt3-St, cmt2/3] 5-Aza-2'-deoksisitidin təsiri altında yabanı növə nisbətən daha az böyümə inhibəsi göstərmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.