Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.09.2023 16:03
  • A-
  • A
  • A+

YT Parkın şöbə müdiri gənclər üçün təşkil edilən düşərgədə elmin kommersiyalaşdırılmasına dair mühazirə oxuyub

YT Parkın şöbə müdiri gənclər üçün təşkil edilən düşərgədə elmin kommersiyalaşdırılmasına dair mühazirə oxuyub

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2-8 sentyabr 2023-cü il tarixlərində Tovuz Olimpiya İdman Kompleksində gənc alim və mütəxəssislər üçün təşkil edilən düşərgədə təlimçi-məruzəçi kimi çıxış edib.

O, gənclərə “Elmin kommersiyalaşdırılmasının innovasiya prosesində əhəmiyyəti: laboratoriyadan bazara gedən yol” mövzusunda mühazirə oxuyub.

Mühazirədə elmi kommersiyalaşdırılmasının mahiyyəti, tələblər, uğur mexanizmləri, o cümlədən elmdə əldə olunan nəticələrin iqtisadiyyatda tətbiqi yönündəki çətinliklər öz əksini tapıb.

Bünyamin Seyidov innovasiyalar və Azərbaycanda innovasiya siyasəti, məqsəd və vəzifələr, texnologiyaların transferi, innovasiya ekosistemi haqqında fikirlərini paylaşaraq, respublikamızda  və dünyada kommersiyalaşdırılma ilə bağlı gedən proseslər barədə məlumat verib. Şöbə müdiri statistik göstəriciləri gənc alim və mütəxəssislərin diqqətinə çatdırıb.

Həmçinin təşəbbüskar və öz ideyalarını reallaşdırmaq istəyən iştirakçılar üçün tövsiyyələr səsləndirilib.

Sonda qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: