Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.09.2023 14:19
  • A-
  • A
  • A+

Xorvatiya səfirinin həyat yoldaşı Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

Xorvatiya səfirinin həyat yoldaşı Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

Bu günlərdə Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, cənab Branko Zebiçin həyat yoldaşı, tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən azərbaycanlı xanım Günay Zebiç (Mehdizadə) Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub.

Muzeyin ekspozisiyası ilə tanış olan qonağa dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin həyat-yaradıcılığı haqqında ətraflı məlumat verilib, əsərlərinin səhnə taleyi, xatirəsinin əbədiləşdirilməsi və sair barədə onu maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb.

Xanım Günay Zebiç tarixi memarlıq abidələri ilə maraqlandığını söyləyib, Hüseyn Cavidin Ev Muzeyinə ziyarətinin əsas məqsədlərindən birinin də muzeyin yerləşdiyi bina haqqında daha dərin məlumat əldə etmək olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, o, dahi şair Hüseyn Cavidin Naxçıvandakı məqbərəsini də yaxından öyrənib və hətta həmin memarlıq nümunəsinin rəsmini də çəkib.

Qonaq sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb və xatirə şəkli çəkdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: