Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2023 15:24
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Aqrar İnnovasiya Festivalında iştirak edib

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Aqrar İnnovasiya Festivalında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.

“Agro Dairy” MMC-nin aqroparkında təşkil olunan festivalda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriyası vasitəsilə iştirak edib.      

Torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən Mobil (səyyar) laboratoriya vasitəsi ilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin edilir, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin edilir, torpaq mühitin reaksiyası (pH) müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir. Festivalda fermerlərə təlim keçirilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: