Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçiriləcək
18.09.2023 14:08
  • A-
  • A
  • A+

“Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçiriləcək

21 sentyabr 2023-cü il tarixində saat 15:00-da Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçiriləcək.

Seminarda “Hüceyrə siqnalının ötürülməsi” laboratoriyasının müdiri, b.ü.f.d. Taleh Yusifov çıxış edəcək.

İon kanalları ion cərəyanı yaradır və bioelektrik siqnalların formalaşmasını təmin edir. Bioelektrik siqnallar, orqanizmin siqnal şəbəkəsinin tərkib hissəsi kimi, ürək və sinir sisteminin fəaliyyəti üçün vacibdir, diferensiallaşma, çoxalma və apoptoz kimi fizioloji proseslərdə əsas rol oynayırlar. Bioelektrik siqnalların normal olmayan fəaliyyəti ürək, əzələ və xərçəng xəstəliklərini yarada bilir. Ən son tədqiqatlar göstərir ki, bioelektrik siqnala aid olunan patoloji vəziyyəti onun funksiyasının tənzimlənməsi ilə normal vəziyyətə gətirmək olar. Beləliklə, bioelektrik siqnal mexanizminin manipulyasiyasını xərçəng və başqa xəstəliklər üçün müalicədə yeni terapevtik strategiya hesab oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: