Bu gün, 18 sentyabr dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 138-ci ildönümüdür. Həmçinin Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanan tanınmış bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasında böyük bəstəkar Üzeyir Hacıbəyliyə aid dəyərli eksponatların nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Əlamətdar günlə bağlı həmin vitrindən bir hissəni təqdim edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.