Hacettepe Unveristetinin professoru, b.e.d. Ali Aslan Dönməz və doktorant Zubeydə Aydın Uğurlu AMEA Botanika İnstitutunun qonağı olublar.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüş zamanı qonaqlara İnstitutun Herbari Fondunun inkişaf perspektivləri və əməkdaşlıq istiqamətləri haqqında məlumat verilib. Görüşdə Botanika İnstitutu ilə Hacettepe Universiteti arasında təcrübə mübadiləsi, müştərək lahiyələr və əməkdaşlıq müqaviləsinin imzalanması barədə müzakirələr aparılıb.
Səfər müddətində İnstitutun Herbari Fondunun müdiri, b.ü.f.d. P.Qaraxani, böyük elmi işçi b.ü.f.d. A.Hüseynova, Ali bitki sistematikası şöbəsinin müdiri b.ü.f.d. V.Kərimov, AMEA Mərkəzi Nəbatat Bağının Elmi işlər üzrə direktor müavini, b.ü.f.d. V.Fərzəliyev və turkiyəli botaniklərin iştirakı ilə Azərbaycanın müxtəlif botaniki-coğrafi rayonlarına (Böyük Qafqazın şimalı, Qobustan, Kiçik Qafqazın şimalı) ekspedisiyalar təşkil olunub. Müştərək ekspedisiyalar zamanı Pyrus, Crataegus, Cotoneaster cinslərinə aid bitki nümunələri üzərində tədqiqiqatlar aparılıb.
Səfərin sonunda professor Ali A. Dönməz Botanika İnstitutunda“Şimalı Qərbi Asiyanın Maleae tribası Rosaceae fəsiləsinin müasir taksonomiya və filogeniyası” mövzusunda böyük əhəmiyyət kəsb edən məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir