Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.09.2023 12:03
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun gənc alimləri Yay məktəbində iştirak ediblər

Radiasiya Problemləri İnstitutunun gənc alimləri Yay məktəbində iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimləri Bakıda təşkil olunan “Nüvə kriminalistikası” üzrə Yay Məktəbində iştirak ediblər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ukraynanın Elm və Texnologiya Mərkəzi, Kiyev Nüvə Tədqiqatları İnstitutunun təşkil etdiyi Yay Məktəbində RPİ-nin İnnovatin ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşları Arzu Məmmədli və Çiçək Abbasova, Radiokimya və radioprotektorlar laboratoriyasının əməkdaşı Ülviyyə Əliyeva-Cabbarlı və Radioekologiya laboratoriyasının əməkdaşı Hüsniyyə Necati Solut iştirak edib.

Qeyd edək ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri üçün nəzərdə tutulmuş tədbirdə müxtəlif mövzular üzrə - “Nüvə materialları və digər radioaktiv maddələr”, “Nüvə spektroskopiyası”, “Alfa/Beta/Qamma spektrometr”, “Differensial Termik analiz”, “Radiometriya və dozimetriya”, “Radioekoloji monitorinq” və s. kimi mövzulara toxunulub. Yay Məktəbində praktiki hissəsində radioaktiv mənbələrin axtarışı və identifikasıyası iştirakçılar tərəfindən icra edilib.

Sonda bütün iştirakçılar sertifikat ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: