Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2023 09:46
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq konfranslarda çıxış ediblər

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq konfranslarda çıxış ediblər

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov və institutun icraçı direktoru Zaur İmrani Rusiyanın Ulan-Ude və Monqolustanın Ulan-Bator şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda iştirak ediblər.

Rusiya Coğrafiyaçılar Cəmiyyəti Assosiasiyasının XIV Elmi Assambleyası çərçivəsində Ulan-Ude şəhərində keçirilən beynəlxalq elmi konfrans “Müasir Avrasiya: sosial-coğrafi təhlil”, Ulan-Bator şəhərində keçirilən konfrans isə “Monqolustan və Rusiyada coğrafiya elminin inkişafı: müasir qlobal və Avrasiya kontekstində qarşılıqlı fəaliyyət potensialı” mövzularına həsr olunub.

Azərbaycan, Rusiya, Monqolustan, Çin, Bosniya və Herseqovinadan 300-dən çox alimin iştirak etdiyi tədbirdə Z.Eminov “Avrasiyada türkdilli dövlətlərin birliyi sosial-iqtisadi inkişafın əsasıdır”, Z.İmrani isə “Dayanıqlı inkişafın regional iqtisadi-coğrafi modeli” adlı məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində iştirakçılar Buryat Respublikasının tarix muzeyi, etno-turizm mərkəzi, Kyaxra iqtisadi turizm zonası, Baykal gölü və onun problemləri, Çingiz xanın muzeyi, Axın-Tereldj Milli Parkı ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: