Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azad Həmkarlar İttifaqı 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirib
27.09.2023 17:40
  • A-
  • A
  • A+

Azad Həmkarlar İttifaqı 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirib

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyəti 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirib.

Tədbirin əvvəlində Azərbyacanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan AHİ-nin sədri, professor Habil Qurbanov bildirib ki, üç il əvvəl xalqımız müasir tariximizin ən taleyüklü gününü yaşadı. Azğın ermənilər 27 sentyabr 2020-ci ildə xalqımıza  yeni qanlı faciələr yaşatmaq, daha çox ərazilər işğal etmək üçün bütün təmas xətti boyu xain hücuma keçdilər. Hücumu dəf edən qəhrəman ordumuz Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin əmri ilə genişmiqyaslı əks hücuma keçdi. Beləcə, yaddaşlarda 44 günlük müharibə kimi qalan və şanlı zəfərlə yekunlaşan Vətən Müharibəsi başladı. Cənab Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bir yumruq kimi birləşən xalqımız döyüş meydanında düşmənin başını əzməyə başladı. Bu 44 gündə bizi qələbədən-qələbəyə aparan məhz bu sarsılmaz birliyimiz oldu. Müharibə bizə bir daha dostumuzu və düşmənimizi də tanıtdı. Qədirbilən xalqımız o çətin günlərdə qardaş Türk xalqının, onun böyük lideri cənab Rəcəb Tayyib Ərdoğanın tutduğu ədalətli mövqeyini, bizə olan dəstəyini heç vaxt unutmayacaq. Vətən müharibəsi dövründə bütün dünya Türkiyə və Azərbaycanın sarsılmaz birliyinin, qardaşlığının bir daha şahidi oldu. Müharibə  xalqımız, dövlətçiliyimiz üçün tarixi sınaq idi.

H.Qurbanov vurğulayıbi ki, qələbəmizdə ən böyük pay sahibi məhz şəhidlərimizin şücaəti ilə bağlıdır. Minlərlə Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi və yüksək şəhidlik məqamına ucaldı. Qədirbilən xalqımız şəhidlərin xatirəsini hər zaman uca tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 27 sentyabrın Anım Günü olaraq qeyd edilməsi ilə bağlı 2 dekabr 2020-ci ildə imzaladığı Sərəncamı şəhidlərimizin ruhuna, xatirəsinə olan ehtiramın bir nümunəsidir. Şəhidlərin adlarının əbədiləşdirilməsi, ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, mənzil problemlərinin həll edilməsi üçün mütəmadi olaraq ciddi işlər görülür. Bu işlər dövlətimizin sosial layihələrinin əsas prioritetini təşkil edir.  Bu baxımdan, AMEA-da çalışan şəhidlərin ailə üzvləri akademiya rəhbərliyinin daim diqqət mərkəzindədirlər. Akademiyanın Azad Həmkarlar İttifaqı da şəhid ailələrinə olan qayğı və dəstəyini əsirgəmir.

Professor H.Qurbanov 44 günlük müharibənin yekununda qəbul edilən 10 noyabr bəyanatına əməl etməyərək silahlı qüvvələri Qarabağdan çıxarmayan, təxribatlar törədən ermənilərin bu əməllərinin tam olaraq qarşısını almaq məqsədilə 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən danışaraq, 24 saatdan az vaxtda başa çatdırılan bu əməliyyat nəticəsində erməni silahlı qüvvələrinin Qarabağda tam təslim olduğunu qeyd edib.

Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri Sitarə Bağırova, Arif Əfəndi və digərləri Vətən müharibəsində əldə edilən zəfərin tarixi əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər bildiriblər ki, AMEA-nın müəssisə və institutlarında başda şəhidlərin ailə üzvləri olmaqla Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət göstərilir. Onlara maddi yardımlar edilir, müxtəlif istirahət və müalicə müəssisələrinə göndərişlərlə təmin olunurlar. Onların Azad Həmkarlar İttifaqına olan bütün müraciətləri gecikdirilmədən icraata götürülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: