Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2023 17:56
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda şəhidlərin xatirəsi anılıb

Radiasiya Problemləri İnstitutunda şəhidlərin xatirəsi anılıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətən uğrunda canlarından keçən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Vətən müharibəsi və rəşadətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanından danışıb, əsgər və zabitlərimizlə daima qürur duyduğunu bildirib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son günlərdə aparılan antiterror əməliyyatlarına da toxunan İ.Mustafayev yeni hərbi qənimətlərin əldə olunduğunu, həmçinin qısa bir zamanda zəfərlə yekunlaşdığını bildirib.

Daha sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Xalq, Prezident və Ordu birliyinin 44 günlük Vətən müharibəsində həlledici rol oynadığını bildirib.

Tədbirdə institut əməkdaşı olan I və II Qarabağ müharibəsi iştirakçıları, həmçinin qazi valideynləri çıxış edərək Azərbaycan ordusunun şanlı zəfəri haqqında fikir bildiriblər, həmçinin Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhidlik mərtəbəsinə ucalmış qəhrəmanlarımızın əziz ruhlarına ehtiramlarını bildiriblər.

Qeyd edək ki, tədbirdən əvvəl institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri II Fəxri Xiyabanda Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: