Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.10.2023 14:35
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Vikimediya konfransında iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı Vikimediya konfransında iştirak edib

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova “Mərkəzi və Şərqi Avropa dövlətlərinin Vikimediya” (Wikimedia CEE Meeting 2023, WMCEE)” konfransında iştirak edib.

Hər il Mərkəzi və Şərqi Avropa ölkələrində Vikimediya layihələrinin illik hesabatı kimi keçirilən və bu dəfə Gürcüstanın Tbilisi Dövlət Universitetində baş tutan konfransda xarici ölkələrdən 160 nümayəndə - vikipediya istifadəçiləri, Vikimediya fondunun nümayəndələri, stüardlar və s. iştirak edib. 

A.Aslanova 3 günlük konfrans müddətində Vikipediya biliklərini təkmilləşdirmək istiqamətində müxtəlif layihələr üzrə keçirilən təqdimat və təlimlərdə iştirak edib. İnstitut əməkdaşı müxtəlif istifadəçi qrupların üzvləri ilə əlaqələr qurub, azərbaycandilli vikipediya üçün planların müzakirəsində, eləcə də gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslar haqqında aparılan fikir mübadiləsində iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: