Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.10.2023 14:54
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib

Botanika İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin müdiri b.ü.f.d., dosent Ələddin Qədimov Özbəkistanın Daşkənd şəhərində ezamiyyətdə olub.

Səfərin məqsədi Özbəkistan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi mikrobiologiyanın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmək olub.

Tədbirdə 30-dan çox ölkədən nüfuzlu alim və mütəxəsis iştirak edib.

Ə.Qədimov konfransda “Bəzi buğda genotiplərinin morfofizioloji parametrelərinə trixodermanın təsiri” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: