Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində 1973-cü ildə keçirilmiş “XXIV Beynəlxalq Astronavtika Konqresi”nin plakatı qorunur
03.10.2023 09:48
  • A-
  • A
  • A+

Tarix Muzeyində 1973-cü ildə keçirilmiş “XXIV Beynəlxalq Astronavtika Konqresi”nin plakatı qorunur

3 oktyabr  Azərbaycanın  Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi etdiyi gündür.

Milli Kosmik sənayenin yaranması Ümummilli Lider Heydər Əliyevin sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər Heydər Əliyev ölkəmizdə müasir sənaye müəssəsələrinin tikilməsinə, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail ola bilmişdir. 50 il bundan öncə, 1973-cü ilin oktyabr ayında ilk dəfə Bakıda Beynəlxalq Astronavtika Federasiyası tərəfindən “XXIV Beynəlxalq Astronavtika Konqresi” keçirildi. Kosmos elminin görkəmli simalarının iştirakı ilə “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi adı altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. Qeyd edək ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan sözügedən konqresin ilk plakatı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunur. Plakat bərpa olunma məqsədi ilə muzeyin Bərpa laboratoriyasına təqdim edilib. Muzeyin bərpaçı-rəssamı Rəvanə Abbasoy tərəfindən eksponat axar suda yuyularaq kir ləkələrindən təmizlənib, uyğun seçilmiş kağıza dublirə edilib, presdə hamarlanıb. Plakatın çatışmayan hissələri bərpa edilərək, eksponata ikinci həyat verilib.

Tarixi əhəmiyyətli bu eksponat muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: