Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2023 16:25
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı Estoniyada elmi ezamiyyətdə olub

Rəsədxana əməkdaşı Estoniyada elmi ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin dissertantı, kiçik elmi işçi Aytac İskəndərova Estoniyanın Tartu Rəsədxanasında elmi ezamiyyətdədir.

Ezamiyyət çərçivəsində Aytac İskəndərova IRAF proqram paketi vasitəsilə spektrləri işləməyi mənimsəmək məqsədilə kurslara cəlb olunub. ŞAR-ın 2-m teleskopunda alınmış spektral və 60-sm teleskopunda alınmış fotometrik materialların Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılır.

Tartu Rəsədxanasının elmi seminarlarında və digər tədbirlərdə fəal iştirak edən əməkdaşımız Tartu Rəsədxanasında keçirilən, Horizon Avropa Tvinninq layihəsi olan EXOHOST və Böyük Britaniya Araşdırma və İnnovasiya tərəfindən maliyyələşdirilən “Stellar spectroscopy” vorkşopunda iştirak edib. 2 gün davam edən vorkşopun ilk günü İsveçin Uppsala Universitetinin professorları tərəfindən edilən ulduz spektroskopiyası ilə bağlı çıxışlar dinlənilib, növbəti gün isə bütün iştirakçılar praktik çalışmalara cəlb olunub.

Qeyd edək ki, ezamiyyə xərcləri Avropa İttifaqı tərəfindən HORİZON 2020 İnnovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri Qrant Sazişi çərçivəsində ödənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: