Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.10.2023 11:47
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Misir Mərdanov xüsusi diplom və medal ilə təltif olunub

AMEA-nın müxbir üzvü Misir Mərdanov xüsusi diplom və medal ilə təltif olunub

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin xüsusi diplomu və medalı ilə təltif olunub.

Alim bu mükafata istedadlı gənc alimlərin hazırlanmasında, dünya riyaziyyat tarixi sahəsində apardığı elmi fəaliyyətinə və bu elminin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin VII konqresi keçirilib. Konqresin işində dünyanın 23 ölkəsindən 450-dən çox riyaziyyatçı alim, o cümlədən Cənubi Koreyadan Nobel mükafatı laureatı iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: