Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2023 10:08
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Ağsu, İmişli, Sabirabad rayonlarında ekspediyada olublar

Zoologiya İnstitutunun əməkdaşları Ağsu, İmişli, Sabirabad rayonlarında ekspediyada olublar

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları - baş elmi işçi Yeganə Mahmudova, aparıcı elmi işçi Reyhan İbrahimova, böyük elmi işçilər Elnurə Aslanova, Aynurə Namazova, elmi işçilər Nərmin Əsgərova, Suman Məmmədhəsənova, Gülnarə Hüseynova, kiçik elmi işçilər Təranə Budaqova, Aynur Hacıağayeva Ağsu, İmişli, Sabirabad rayonlarında ekspediyada olub.

Ekspediya zamanı şəxsi fermer təsərrüfatlarından iribuynuzlu və xırdabuynuzlu heyvanlardan,həmçinin  ətyeyən heyvanlardan müxtəlif üsullarla helmintoloji materiallar toplanılıb. Materiallar müxtəlif məhlullarda fiksə edilərək laboratoriyaya gətirilib.

Qeyd edək ki, helmintoloji materialların işlənilməsi laboratoriyada davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: