Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.10.2023 10:17
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təcrübə sahəsində calaq işləri başa çatdırılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təcrübə sahəsində calaq işləri başa çatdırılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsinin əməkdaşları tərəfindən yerli sortların qorunub saxlanılması məqsədilə Qax rayonunun Qaşqaçay, Armudlu, Əmbərçay kəndlərində həyətyanı sahələrdən meyvələrin calaqaltıları götürülüb.

ŞREM-in Genofond bağının tinglik sahəsində əsasən alma, armud və gavalının “T” şəkilli göz calağı aparılıb.

Şöbənin baş aqronomu İlqar Seyidov tinglərin sahələrə köçürülməsinə bir il sonra başlanılacağını deyib. Baş aqronom bildirib ki, bu üsulla əldə edilən tinglər xəstəliklərə daha çox dözümlüdür. O, bu işdə əsas məqsədin yerli sortların məhv olmasının qarşısının alınması olduğunu vurğulayıb.

İlqar Seyidov qeyd edib ki, hazırda Genofond bağında şöbənin əməkdaşları tərəfindən bağın alaq otlarından təmizlənməsi, cərgə aralarının yumşaldılması, ağacların kultivasiyası, xəstəlik və ziyanvericilərə qarşı kimyəvi və mexaniki mübarizənin aparılması, ağaclara üzvi və mineral gübrələrin verilməsi kimi işlər aqrotexniki qaydalarla aparılır. Onun sözlərinə görə, aqrotexniki qaydalarla işlərin aparılması tinglərin inkişafı üçün əlverişli şəraitin yaranmasına kömək edəcək, həmçinin onların yetişmə faizini daha da yüksəldəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: