Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2023 12:02
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin müdiri İradə Yusifova və şöbənin elmi işçisi Tural Adışirinov Şəki rayonunun Suçma, Dərəcənnət və Aran kəndlərində folklor ekspedisiyasında olublar.

Ekspedisiya zamanı Suçma-Dərəcənnət kəndlərinin icra nümayəndəsi Həsən Abdullayev, kəndlərin yaşlı ziyalıları - Zaməddin Musayev, Ziyəddin Məmmədov, İsmayıl Abdullayev, eləcə də Aran kəndinin icra nümayəndəsi Müslüm Əliyev və kəndin yaşlı sakinləri Ziyad Məmmədov, Şəmsi İbrahimovla söhbətlər aparılıb.

ŞREM əməkdaşları bölgənin maraqlı folklor örnəklərini öyrənib, kəndlərin adət-ənənəsi, əhalinin məşğuliyyəti haqqında geniş məlumatlar əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: