Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2023 14:18
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin herontoloji tədqiqatlar üzrə ekspedisiyası Masallı rayonunda olub

Lənkəran Regional Elmi Mərkəzinin herontoloji tədqiqatlar üzrə ekspedisiyası Masallı rayonunda olub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində son illər Cənub bölgəsində yaşayan uzunömürlülərin kompleks tədqiqi üzrə aparılan işlər Masallı rayonunda  davam etdirilib.

İndiyədək bölgə rayonlarında yaşayan uzunömürlülərin siyahısı əldə edilib, sahilyanı, dağlıq və dağətəyi rayonlarında yaşayanların müqayisəli tədqiqi  aparılıb. Bu günlərdə mərkəzin Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın rəhbərliyi və şöbənin elmi işçisi Fuad Hüseynovun iştirakı ilə Masallı rayonunda sahilyanı, dağətəyi və dağlıq ərazidə yaşayan uzunömürlülərin populyativ və sosial-bioloji xüsusiyyətlərinin müqayisəli tədqiqi mövzusunda elmi tədqiqat işləri aparılıb.

Ekspedisiya zamanı Masallı şəhəri, Ərkivan, Bədəlan, Hışkədərə, Təzə Alvadı, Qızılağac kəndlərində yaşayan uzunömürlülərin yaş verifikasiyası aparılıb, sağlamlıq durumu araşdırılıb. Ekspedisiya zamanı ayrı-ayrı yerlərdə 20 nəfər uzunömürlü tədqiqata cəlb olunub. Ekspedisiyanın rəhbəri Sevinc Hüseynova söhbət zamanı bildirib ki, süorğu  anketinin vasitəsilə uzunömürlülərin sosial-bioloji xüsusiyyətləri tədqiq olunur, bu zaman uzunömürlülüyə təsir edən genetik və ekoloji faktorların rolu dəqiqləşdirilir.

Elmi-tədqiqat işləri Masallı rayonunun digər yaşayış məntəqələrində də davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: