Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.10.2023 13:45
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin əməkdaşları - şöbə rəhbəri İradə Yusifova və elmi işçi Tural Adışirinov Şəki rayonunun Aşağı Küngüt, Çapağan, Küdürlü kəndlərində ekspedisiyada olublar.

Mərkəzin əməkdaşları Küdürlü kənd icra nümayəndəsi Xəyyam İbrahimov və Aşağı Küngüt-Çapağan icra nümayəndəsinin müavini Azər Səmədli ilə görüşüb, onlardan kənd əhalisi, əhalinin ümumi məşğuliyyəti haqqında məlumatlar əldə ediblər.

Daha sonra elmi mərkəzin əməkdaşları Küdürlü ümumi kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini Məlakət İmamova, kənd müəllimləri - Röya Qocayeva, Aysel Süleymanova, Pərvanə Alxasova, həmçinin Aşağı Küngüt kənd sakinlərindən - Ayaz Qurbanov, Məmməd İsmayılov, Səlamət Səmədova, DOST MMC-nin sosial işçisi Vüsal Kərimov və Çapağan kənd ağsaqqalı Hikmət Lətifovla geniş söhbətlər aparıblar.

Hər üç kəndin adət-ənənələri, folkloru haqqında ətraflı məlumat toplanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: