Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2024 17:10
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan məruzə dinlənilib

Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan məruzə dinlənilib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib.

Tədbirdə Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyevanın “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda məruzəsi dinlənilib.

Aidə Dünyamalıyeva ekoloji mühitin sağlamlaşdırılmasının ölkəmizin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin ekoloji siyasətindən bəhs edən məruzəçi 1969-1982-ci illərdə ətraf mühitin qorunması sahəsində 8 qanun, 30-dan artıq qərarın qəbul edildiyini qeyd edib. O vurğulayıb ki, Ümummilli Liderimiz 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra da ekoloji problemlərin həlli istiqamətində bir sıra yeni qanunlar  qəbul edilib. 1998-ci ildə hazırlanan “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı”na əsasən Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edilib, Kür-Bakı su kəmərinin tikintisinə başlanılıb.

Aidə Dünyamalıyeva Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərin onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: