Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2023 13:58
  • A-
  • A
  • A+

AMEA Gəncə Bölməsi tərəfindən nəşr edilən “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabının təqdimatı olub

AMEA Gəncə Bölməsi tərəfindən nəşr edilən “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabının təqdimatı olub

AMEA-nın Gəncə Bölməsi cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı əlamətdar tarixə həsr olunmuş yeni kitab nəşr edib.

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

Layihə rəhbəri AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev olan, “Elm” nəşriyyatında işıq üzü görən 586 səhifəlik kitab Bölmənin əməkdaşlarının birgə əməyi ilə ərsəyə gətirilib.

Gəncə şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsinin birgə təşəbbüs və təşkilatçılığı ilə “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” monoqrafiyası şəhər ictimaiyyətinə təqdim edilib. Fikrət Əmirov adına Gəncə Dölət Filarmoniyasında keçirilən təqdimetmə mərasimində şəhər rəhbəri Niyazi Bayramov və Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Rəcəb Öztop da iştirak ediblər. Toplantıya şəhər İcra hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, Gəncənin elm və təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının, dövlət və ictimai təşkilatlarının rəhbərləri və  nümayəndələri, ziyalılar və gənclər qatılıblar.

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabın nüsxələri filarmoniyanın foyesində sərgilənib.

Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpalarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında cənab İlham Əliyevin Respublika Prezidenti seçilməsindən keçən 20 il ərzində ölkəmizin, o cümlədən Gəncə şəhərinin sosial-iqtisadi və humanitar-mədəni həyatında baş verən yüksəlişdən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin strateji xəttinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi və hərbi cəhətdən qüdrətli ölkəyə, beynəlxalq arenada nüfuzlu söz sahibinə çevrilməsi üzrə apardığı siyasət nəticəsində vətənimizin ərazi bütövlüyü tam bərpa edilib.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev təqdim olunan kitabı Gəncə alimlərinin İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20 illiyinə töhfə kimi dəyərləndirib. O, qeyd edib ki, monoqrafiyada cənab İlham Əliyevin bir dəfə Baş nazir qismində, 19 dəfə isə prezident kimi Gəncə şəhərinə etdiyi səfərlərin müfəssəl xronikası, həmin gəlişlərin işığında burada aparılan genişmiqyaslı quruculuq işləri, eləcə də ölkə başçısının ikinci şəhərimizlə bağlı imzaladığı Sərəncam və digər sənədlər, etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyələr  öz əksini tapıb və istər elmi-kütləvi, istər də tədqiqat xarakterli mötəbər mənbə sayıla bilən bu  kitab eyni zamanda, Gəncənin son iyirmi  ildə inkişafı üzrə bir ensiklopedik məlumat toplusu xarakteri daşıyır.

Akademik Fuad Əliyev, həmçinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndində müqədədəs bayrağımızı ucaltmasını bütün Azərbaycanlıların həsrətlə gözlədiyi qürurlu an kimi xarakterizə edərək, bu tarixi hadisənin də məhz onun ölkəmizin rəhbəri seçilməsinin 20 illinin tamam olması günündə gerçəkləşməsinin millətimiz üçün böyük məna daşıdığını vurğulayıb.

YAP Gəncə Təşkilatının sədri Bayram Aslanov öz çıxışında akademik Fuad Əliyevin rəhbərliyi ilə Gəncənin başlıca elm ocağının - AMEA Gəncə Bölməsinin əməkdaşlarının hazırladığı bu sanballı kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” nəşrinin bu şəhərdə çalışmaqla, dövlətçiliyimizə xidmət edən hər bir şəxsin stolüstü kitabına çevriləcəyinə inandığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: