Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.11.2023 14:31
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən “IX Bakı Beynəlxalq Kitab Sərgisi”ndə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da nəşrləri yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi zonada Əlyazmalar İnstitutunun ümumilikdə 19 kitabı sərgilənir ki, onların içərisində 9 monoqrafiya, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən Ulu Öndər Heydər Əliyev və zəfər tariximizlə əlaqədar olan materiallar öz əksini tapıb.

Qeyd edək ki, 15 noyabr 2023-cü il tarixində saat 16:00-17:00-da Beynəlxalq Kitab Sərgisinin “Şuşa” təqdimat zonasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irsimiz” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: