Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.11.2023 11:02
  • A-
  • A
  • A+

Özbəkistanlı alimlər Nizami muzeyini ziyarət ediblər

Özbəkistanlı alimlər Nizami muzeyini ziyarət ediblər

Özbəkistanın Xivədəki Urgenç Mamun Universitetinin alimləri - İqtisadiyyat və humanitar fənlər fakültəsinin dekanı Umidbek Abdalov və Fəlsəfə kafedrasının müdiri dosent Zafar Adilov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Sözügedən mədəniyyət ocağını gəzən qonaqlar qədim və zəngin Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə tanış olub, klassik və müasir şair və ədiblərin həyat və yaradıcılığı haqqında məlumat əldə ediblər.

Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırovanın müşayiəti ilə ekspozisiyanı gəzən özbəkistanlı alimlər Azərbaycan ədəbiyyatının tarixini əks etdirən eksponatlarla, vitrinlərdə mühafizə edilən şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlərin müxtəlif nəşrləri və onlar barəsində olan tədqiqatlarla tanış olublar.

Sonda özbəkistanlı alimlər öz təəssüratlarını muzeyin “Rəylər kitabı”nda bölüşüblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: