Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiyanın müasir problemləri mövzusunda beynəlxalq konfrans keçiriləcək
21.11.2023 14:00
  • A-
  • A
  • A+

Coğrafiyanın müasir problemləri mövzusunda beynəlxalq konfrans keçiriləcək

22-23 noyabr tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova), Dağıstan Dövlət Texniki Universitetinin (Rusiya) təşkilatçılığı ilə baş tutacaq.  

Konfransda coğrafiyanın müasir problemləri - su ehtiyatlarından istifadə, kənd təsərrüfatının ərazi təşkili, hidrometeoroloji problemlər, Xəzər dənizinin səviyyə problemləri, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlər, iqlim, toponimika, demoqrafiya, landşaft planlaşdırılması, torpaqlardan səmərəli istifadə, turizm və rekreasiya, coğrafiyanın tədrisi, ekologiya və s. bu kimi  məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Konfrans saat 10:00-da, AMEA-nın Əsas binasında, 2-ci mərtəbədə yerləşən Kiçik zalda keçiriləcək.

Ünvan: Bakı ş., Hüseyin Cavid pr. 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: