Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəfər Bünyadzadənin “İgid oğul və yaxud vətən məhəbbəti” kitabı işıq üzü görüb
24.11.2023 10:06
  • A-
  • A
  • A+

Cəfər Bünyadzadənin “İgid oğul və yaxud vətən məhəbbəti” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Aytən Quliyevanın tərtib edib nəşrə hazırladığı “Cəfər Bünyadzadə: İgid oğul və yaxud vətən məhəbbəti” kitabı çap olunub.

Kitabda Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus yeri olan yazıçı-publisist, pedaqoq, uşaq ədəbiyyatı sahəsində yaradıcılıqla məşğul olan, “Tuti” satirik məcmuəsinin redaktoru Cəfər Bünyadzadənin müəllifi olduğu, əski əlifbada çap edilmiş və Əlyazmalar İnstitutunda mühafizə olunan “Mən məktəb istəyirəm”, “Dağarcıq”, “Kəşküli-nəğəm”, “Kəşkül və yaxud nəğmələr məcmuəsi” başlıqlı kitabçaları yer alıb. A.Quliyeva tərəfindən transfoneliterasiya edilərək nəşrə hazırlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru Nailə Səmədova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Əhmədova və Azərbaycan Yazıçılar Birliyi “İRS” Komissiyasının sədri, böyük elmi işçi Sona Xəyaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: