Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.12.2023 14:54
  • A-
  • A
  • A+

Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıb

Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Mərkəzi Elmi Kitabxanada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda keçirilən I beynəlxalq elmi konfransın plenar iclasında çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb.

Gənc alimin çıxışı “Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyev fenomeni” mövzusuna həsr olunub.

Alim qeyd edib ki, məhz dahi şəxsiyyətin torpağa, milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, bir sözlə, milli-mənəvi dəyərlərimiz, soykökümüz özümüzə qayıdıb. O vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin inkişafına xüsusi diqqət yetirir. Günel Məlikli, həmçinin diqqətə çatdırıb ki, Vətən müharibəsindəki tarixi qələbə ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya və işğaldan azad edilmiş digər torpaqlarımıza da milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz qayıtdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: