Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Mirzə Ələkbər Sabirə həsr olunan birinci və ikinci buraxılışları yayımlanıb
18.12.2023 12:46
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Mirzə Ələkbər Sabirə həsr olunan birinci və ikinci buraxılışları yayımlanıb

“Mədəniyyət” kanalında yayımlanan “Vətənim” verilişinin Azərbaycan satirik ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirə həsr olunan birinci və ikinci buraxılışları yayımlanıb.

Verilişlərdə dahi mütəfəkkirin həyat yoluna və zəngin yaradıcılığına nəzər salınıb, Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan bəhs edilib. Həmçinin bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğu diqqətə çatdırılıb, onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulanıb.

Bildirilib ki, Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin gеniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Оnun “Hоphоpnamə”si başdan-ayağa zülmə, ətalətə еtiraz, insan haqqına və hеysiyyətinə qarşı çеvrilmiş hər şеyə üsyan və ittihamnamədir. Cəmiyyətdə mövcud olan bütün neqativ hallar Sabir yaradıcılığında öz əksini tapıb.

Akademik Rafael Hüseynov qeyd edib ki, Sabirin şeirlərində milli kimlik, vətəndaşlıq, milli yaddaş kodları satirik formada təzahür edir. O, “Molla Nəsrəddin” ədəbi məktəbinin yetişdirdiyi qüdrətli və təkrarsız sənətkarlardan biridir. Sabiri “Molla Nəsrəddin” siz təsəvvür etmək mümkün olmadığı kimi, “Molla Nəsrəddin”i də Sabirsiz düşünmək çətindir.

Diqqətə çatdırılıb ki, böyük söz ustadı Mirzə Ələkbər Sabirin yaradıcılığı ədəbiyyatşünasların geniş elmi-tədqiqat obyekti olmuşdur.

Verilişlərdə Mirzə Ələkbər Sabirin Salman Mümtaz, Cəlil Məmmədquluzadə, Məmmədəli Sidqi, jurnalist Mehdi Hacınski ilə münasibətlərindən, xatirələrindən də bəhs olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: