Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

SOCAR-ın Elm Fondu 2023-cü il üçün qrant müsabiqəsinin nəticələrini elan edib
21.12.2023 15:43
  • A-
  • A
  • A+

SOCAR-ın Elm Fondu 2023-cü il üçün qrant müsabiqəsinin nəticələrini elan edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyasında və Akademiyanın elmi bölmələrinin əhatə etdiyi elmi tədqiqat institutlarında neft-qaz, neft-kimya və onunla əlaqədar digər sahələr üzrə tədqiqat aparan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə 2023-cü il üçün növbəti qrant müsabiqəsi elan edib.

Müsabiqəyə 84 layihə təqdim olunub. Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə 31 elmi tədqiqat qrant layihəsi müsabiqənin qalibi elan olunub.

Həmin layihələrin siyahısı ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: