Azərbaycan Milli Kitabxanasının nəşri olan “Əlamətdar və tarixi günlər təqvimi – 2024”də AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov haqqında məqalə dərc olunub.
Təqvimin “Tarix” bölməsində yer alan məqalə Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunub. Məqalədə görkəmli tarixçi alimin həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir.
Qeyd edək ki, fevralın 10-da akademik Yaqub Mahmudovun 85 yaşı tamam olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.