Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Şərqşünaslıq  İnstitutunda olublar
25.01.2024 09:26
  • A-
  • A
  • A+

Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Şərqşünaslıq İnstitutunda olublar

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları Aysu Bülbülzadə və Ülkər Zeynalova AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq İnstitutunda elmi ezamiyyətdə olublar.

Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlarına institutun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə Azərbaycanın Şərq ölkələri ilə münasibətləri, institutun yaranma tarixi və fəaliyyəti, elmi işləri, keçirilmiş yerli və beynəlxalq konfranslar, nəşr olunmuş əsərlər, xüsusilə də azərbaycanlıların soyqırımları haqqında yazılmış Azərbaycan, türk, ərəb, fars, ingilis dillərindəki əsərlər barəsində geniş məlumat verilib. 

Görüşdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı da iştirak edib.

Kompleksin əməkdaşları institutun alimləri ilə fikir mübadiləsi aparıb, azərbaycanlıların soyqırımı haqqında əsərlərdə tanış olub, kitabxanadan da istifadə ediblər.

Sonda “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlarına Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitab və jurnallar hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: