Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimya İnstitutunun əməkdaşları nanokatalizatorların dizaynı və optimallaşdırılması üzrə tədqiqat aparıblar
22.04.2026 16:27
  • A-
  • A
  • A+

Kimya İnstitutunun əməkdaşları nanokatalizatorların dizaynı və optimallaşdırılması üzrə tədqiqat aparıblar

AR ETN Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının əməkdaşlarının Polimer daşıyıcılar üzərində immobilizə olunmuş heterogenləşdirilmiş nanokatalizatorların dizaynı və optimallaşdırılması üçün hesablama strategiyaları (Computational Strategies for Design and Optimization of Polymer-Supported Heterogenized Nanocatalysts) adlı məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Journal of Computational Chemistry” jurnalında dərc edilib.

Məqalə polimer daşıyıcılar üzərində immobilizə olunmuş heterogen nanokatalizatorların dizaynı və optimallaşdırılması üçün müasir hesablama yanaşmalarına həsr edilib. Məqalədə molekulyar modelləşdirmə, kvant-kimyəvi hesablamalar və simulyasiya metodlarının katalitik sistemlərin quruluş–xassə əlaqələrinin müəyyən edilməsində rolu geniş şəkildə təhlil olunub. Bununla yanaşı, müxtəlif hesablama yanaşmalarının katalizatorların aktivliyinin, selektivliyinin və stabilliyinin proqnozlaşdırılmasında tətbiqi göstərilmişdir.

Qeyd edək ki, Wiley” nəşriyyatına məxsus olan, “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşən, impakt faktoru 4.8 olan bu jurnal Q1 kateqoriyalı yüksək reytinqli nəşrlərdən biri olub, hesablama metodlarının kimyəvi sistemlərin öyrənilməsində tətbiqinə həsr edilmiş tədqiqatların dərcinə fokuslanır.

H. F. Aslanova, N. T. Shikhverdiyeva, Ch. M. Seyidova, I. V. Shikhverdiyev, Sh. D. Tagiyev, N. A. Zeynalov, D. B. Tagiyev. Computational Strategies for Design and Optimization of Polymer-Supported Heterogenized Nanocatalysts. Journal of Computational Chemistry.Volume 47, Issue 11 e70383 (2026).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: