Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2026 16:43
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı Polşada tələbələrə mühazirə deyib

Ədəbiyyat İnstitutunun əməkdaşı Polşada tələbələrə mühazirə deyib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Gənclər Akademiyasının sədr müavini Şəfa Əliyeva Polşa Respublikasının Bialıstok Universitetində, İngilis filologiyası fakültəsində tələbələr qarşısında maraqlı və yüksək səviyyəli məruzələrlə çıxış edib. Həftənin ilk günlərində o, Azərbaycan dramaturgiyası tənqidi realizm kontekstində” və “Müasir ədəbi ənənələrdə realizmin transformasiyası” mövzularında məruzələrlə çıxış edib. Böyük maraqla qarşılanan bu çıxışlar elmi heyət və tələbələr tərəfindən yüksək qiymətləndirilib.

Növbəti günlərdə isə Şəfa Əliyevanın təqdimatında “Dramaturgiyada qəhrəman anlayışı sosial tənqid vasitəsi kimi” və “Azərbaycan mətnləri əsasında ədəbi təhlil metodları və rəqəmsal yanaşmalar” mövzularında məruzələr dinləniləcək.

Bu çıxışlar, Azərbaycan ədəbiyyatının beynəlxalq elmi müstəvidə tanıdılmasına və müqayisəli ədəbiyyatşünaslıq sahəsində yeni perspektivlər açılmasına mühüm töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: