Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2024 14:10
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib

Seysmoloji Xidmət Mərkəzində mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqi keçirilib.

Məşqə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mülki müdafiə qərargahı və Mülki müdafiə qüvvələrinin heyəti cəlb olunub.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda keçirilən tədbirin məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi, RSXM-nin Mülki müdafiə sənədlərinin tələbinə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin hazırlığının, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması, aşkar olunmuş çatışmazlığının aradan qaldırılmasıdır.

Bundan başqa, məşq zamanı fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin ştat strukturunun, təchizatının və funksional vəzifələrin dəqiqləşdirilməsi  izah olunub. 

RSXM-nin icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov tədbirdə çıxış edərək Azərbaycanda Mülki Müdafiə sahəsində görülən işlərdən danışıb. Rauf Muradov hadisələrdən və təbii fəlakətlərdən heç kimin sığortalanmadığını qeyd edərək, mülki müdafiə tədbirlərinin görülməsinin zəruriliyindən danışıb.

RSXM-nin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev tədbir iştirakçılarına məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılmasından, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.

Azad Rzayev fövqəladə hadisə zamanı xəbərdarlıq siqnalını aldıqda hərbiləşdirilməmiş  dəstələrin şəxsi heyətinin davranış  qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və bununla əlaqədar əməkdaşların məlumatlı olmalarının vacibliyini vurğulayıb.

Daha sonra AMEA Rəyasət Heyətinin Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək təbii və texnogen səbəblərdən baş verən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb.

Tədbir iştirakçıları fövqəladə hallar zamanı rəhbər heyətin kollektivlə qarşılıqlı fəaliyyəti barədə də məlumatlandırılıblar. Məşq zamanı mülki müdafiə tədbirlərini özündə əks etdirən plan da dəqiqləşdirilib.

Sonda mövzuya dair təlimat xarakterli videomateriallar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: